3 mart 2010
Zəhra Quliyevlə görüş
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klasssik Musiqisevənlər Klubunun növbəti tədbiri 3 mart 2010-cu il tarixində kecirilmişdir. Tədbir Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, skripka ifaçısı Zəhra Quliyeva ilə görüşə həsr etmişdir. Tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Azərbaycan Respublikasının xalq artisti, BMA-nın professoru, bəstəkar Sevda İbrahimova Zəhra Quliyevanın yaradıcılığı haqqında danışmışdır. Tədbirdə musiqiçi Zəhra Quliyeva öz yaradıcılığından, Azərbaycan musiqisinin dünyanın bir çox ölkələrində böyük məhəbbətlə qarşılanmasından, gənc musiqiçilərlə iş prosesindən, gələcək planlarından söhbət açmış, ona ünvünlanan sualları cavablandırmışdır. Tədbirdə Zəhra Quliyevanın yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilmişdir.
Zəhra Quliyevanın və tələbələrinin ifasında Paradisin, Bramsın, Baxın, Forenin, Q.Qarayevin, M.Mirzəyevin əsərlərindən nümunələr səslənmişdir.
Görüşdə Klassik Musiqisevənlər Klubunun üzvləri, bəstəkarlar, musiqiçilər, muzey əməkdaşları, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.
Tədbirlər
|