25 sentyabr 2014
"Üzeyir Hacıbəyliyə ithaf"
25 sentyabr 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Üzeyir Hacıbəyliyə ithaf" adlı gənc musiqiçilərin konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində muzeyin növbəti tədbiri -"Üzeyir Hacıbəyliyə ithaf" Kamera musiqisi konserti haqqında məlumat vermişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıxzadə (f-no), Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadə (vokal), Beynəlxalq müsabiqələr laureatı Ziba Rəcəbli (violin), Dilarə Əliyeva (vokal) C.Verdi, C.Puççini, J.Bize, F.Çilea, K.Sen-Sans, J.Masne, J.Offenbax, R.Şedrin, A.Laranın əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin tələbə və müəllim heyəti, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları idilər.
Tədbirlər
|