8 iyun 2014
Kamera musiqisi axşamı
8 iyun 2014-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kamera musiqisi axşamı keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açmışdır. O, mütəmadi olaraq muzeydə təşkil olunan gənc istedadlarla görüşlər, konsert proqramları, musiqili gecələr barədə məlumat vermişdir. Sonra tədbirdə Bakı Musiqi Akademiyasının və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Seyidxanım Babayeva (f-no), Tərlan Şahbazov (aktyor və müğənni), Beynəlxalq Müsabiqələr laureatı və Prezinent təqaüdçüsü Osman Eyyublu (skripka), Beynəlxalq Müsabiqələr laureatı Tofiq Şıxıyev (f-no), Qətibə Babayeva (vokal), Nəzrin Aslanlı (skripka), Nərmin Rzayevanın (f-no) ifalarında İ.Bramsın, E.Qriqin, P.İ.Çaykovskinin əsərlərindən, ingilis və neapolitan romanslarından ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, BMA-nın tələbələri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.
Konsert proqramı
İ.Brams Skripka və fortepiano üçün 2 ¹ li Sonata
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Osman Eyyublu (skripka). Müşayiət edir: Beynəlxalq Müsabiqələr laureatı Tofiq Şıxıyev (f-no)
E.Qriq Sonata
İfa edir: Nəzrin Aslanlı (skripka). Müşayiət edir: Nərmin Rzayeva (f-no)
P.İ.Çaykovski. “Nə tez yaddan çıxdı”, “Günün hökmü” romansları
İfa edir: Qətibə Mehdiyeva (vokal). Müşayiət edir: Beynəlxalq Müsabiqələr laureatı Seyidxanım Babayeva (f-no)
İngilis və neapolitan romansları
İfa edir: Tərlan Şahbazov
Tədbirlər
|