18 yanvar 2010
20 yanvar faciəsinin 20-ci ildönümü
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yanvar ayının 18-də 20 yanvar faciəsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyət işçisi Alla Bayramova çıxış etmişdir. Azərbaycanın xalq artisti, bəstəkar Azər Rzayevin “Bakı-90” simfoniyası nümayiş etdirildi. Sonra Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq namizədi Kəmalə Ələsgərli “Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 yanvar faciəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. 20 yanvar faciəsinin qurbanı olan şəhid Ağabəy Novruzbəylinin ailəsi adından atası Oqtay Novruzbəyli çıxış etmiş, onun haqqında olan sənədlər nümayiş olunmuşdur.
Tədbirdə MTN-nin Mədəniyyət Mərkəzi nəzdindəki orta məktəbin şagirdlərinin ifasında Şopenin “Noktürn mi minor”, “Noktürn si major”, Rəşid Şəfəqin “Elegiya”, İlham Abdullayevin “İthaf əsərləri” (fortepiano) və “Bayatı-Şiraz muğamı” (qarmon) səslənmişdir.
Tədbirdə muzey əməkdaşlar, musiqi məktəbinin müəllim və şagirdləri, gənclər, Bakı Ali Dənizçilik Məktəbinin müdavimləri, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.
xəbərlərə
|