az | ru | en

17 yanvar 2014
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarixi Muzeyi Bülbül adina orta ixtisas musiqi məktəbi 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir


17 yanvar 2014-cü il tarixində saaat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarix Muzeyi, Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra “İçərişəhər” Tarixi Muzeyinin direktoru Ceyhun Ağakişibəyli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayev çıxış etmişlər. Muzeyin şöbə müdiri Xanım Abdinova “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda və “İçərişəhər” tarixi qoruğunun şöbə müdiri Nahidə Bəkirova çıxış etmişlər. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.
Muzeyin foyesində “İçərişəhər” tarixi qoruğunun hazırladığı 20 yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, tələbələr, KİV-nin nümayəndələri və başqaları olmuşlar.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.