az | ru | en

15 yanvar 2014
Fəxrəddin Kərimovla görüş


15 yanvar 2014-cü il tarixində saat 18:00-da Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda, dirijor,əməkdar incəsənət xadimi, BMA-nın dosenti Fəxrəddin Kərimovla görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etdi. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Fəxrəddin Kərimovun həyat və yaradıcılığı haqqında danışdı. Onun çıxışı slayd-şou ilə müşayiət olundu. Tədbirdə musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova, bəstəkar, əməkdar incəsənət xadimi, professor Aydın Əzimov, musiqişünas, jurnalist Raya Abbasova, bəstəkar Rauf Əliyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Orkestr xidmətinin rəisi ,Baş hərbi dirijor, polkovnik, respublikanın xalq artisti, BMA-nın professoru Yusif Axundzadə, pianoçu, BMA-nın müəllimi Yuliya Kərimova və başqaları çıxış etdilər. Daha sonra Fəxrəddin Kərimov tədbir iştirakçıları qarşısında çıxış etmiş, suallara cavab vermişdir.Tədbirdə F.Kərimovun dirijorluq etdiyi əsərlərdən video fraqmentlər nümayiş olunmuşdur. Muzeyin foyesində Fəxrəddin Kərimovun yaradıcılığını əks etdirən fotosərgi nümayiş edilib.
Tədbirin qonaqları Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbələri, Bəstəkarlar İttifaqının üzvləri,musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik musiqi həvəskarları klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.