1 aprel 2009
Vokal musiqi axshamı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevənlər Klubunun hər ayin birinci həftəsinin çərşənbə günü keçirdiyi ənənəvi növbəti tədbiri 1 aprel 2009-cu il tarixdə Niyazinin mənzil muzeyində olmuşdur. Tədbir vokal musiqisinə həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, Respublikanın əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Tədbirdə Bakı Musiqi Akademiyasının müəllimi, Opera və Balet Teatrının solisti Yevgeniya Məmmədovanın vokal sinfinin tələbələri Məmmədova Elnarə İohann Sebastyan Baxın –Şarl Qunonun“Ave Mariya”, Cakomo Puççininin “Bohema” operasından Müzettenin ariyasını, Əhmədova Fidan Cüzeppe Verdinin “Riqoletto” operasından Cildanın ariyasını, Şarl Qunonun “Yazda”, Mahmudova Dilarə Cüzeppe Tozellinin “Sentimental serenadası”nı, Sezar Frankın “Panis angelikus”, Əbdülkərimova Tamilla Culio Kaççininin “Ave Mariya”, Volfqanq Amadey Motsartın “Fiqaronun toyu” operasından Kerubinonun ariyası, Fətəliyeva Lətifə Cakomo Puççininin “Djanni Skikki” operasından Laurettanın ariyası, Mahmudova Səriyyə “Sevilya bərbəri” operasından Rozinanın ariyasını, Qaetano Donisettinın “Somnambula” operasından Əminənin ariyasını səsləndirdilər. Konsertin sonunda Bakı Musiqi Akademiyasının müəllimi, Opera və Balet Teatrının solisti Məmmədova Yevgeniya Niyazinin “Arzu” romansı ifa etdi.
Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, musiqi məktəblərinin şagirdləri, muzey əməkdaşları, mətbuat və televiziya nümayəndələri iştirak etdilər.
âåðíóòüñÿ ê ñïèñêó íîâîñòåé
|