17 Sentyabr 2007
Milli Musiqi Günü
Sentyabrın 17-də muzeydə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında Bakı Musiqi Akademiyasının prorektoru, professoru, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış etdi. Tədbirin qonaqları Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, ABŞ səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin sədri Dmitri Taraxovski və başqaları idi.
Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Opera və Balet Teatrının solistləri əməkdar artistlər Gülnaz İsmayılova, Həsən Enami və başqa musiqiçilər Üzeyir Hacıbəyovun əsərlərindən nümunələr ifa etdilər.
xəbərlərə
|