20-23 avqust 2007
İCOM-in 21-ci Baş konfransı
2007-ci ilin avqust ayının 20-dən 23-dək Avstriyanın Vyana şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) «Muzeylər və universal irs» adı altında 21-ci Baş konfransı keçirilmişdir.
Bu konfransda 99 ölkədən 2000 nümayəndə iştirak etmişdir.
Azərbaycandan Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirinin müavini Sevda Məmmədəliyeva rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova və fonoteka şöbəsinin müdiri Ruhiyyə İsmayılova və başqaları iştirak etmişdir.
Muzeyin direktoru Alla Bayramova həm də Musiqi Alətləri Muzeylərinin Komitəsinin üzvü olduğu üçün bu komitənin iclaslarında iştirak etmişdir.
İclaslar Vyananın iki muzeyində – İncəsənət Muzeyinin saraylarının birində yerləşən zəngin musiqi alətləri kolleksiyası olan Qədim Musiqi Alətləri Muzeyində və Texniki Muzeydə keçirilmişdir.
Konfransda müxtəlif ölkələrin muzey əməkdaşları ilə təcrübə mübadiləsi aparılmışdır. Məşhur Avstriya bəstəkarı Y.Qaydnin doğulduğu Rorau, Qaydnın geniş yaradıcılığ fəaliyyəti ilə məşğul olduğu Eyzenştadtdakı xatirə muzeyi böyuk maraq doğurmuşdur.
Konfransda muzey məmulatları vasitəsi ilə Azərbaycan musiqi mədəniyyəti və muzey təbliğ edilmişdir. Muzey məmulatları olan disklər, not kitabları, suvenirlər və s. hədiyyə edilmişdir. Muzey nəşri olan «Azərbaycan bəstəkarlarının piano əsərləri» pianoçular xanım Yucin Russo və cənab Riçard Fullerə təqdim olunmuşdur.
Tədbirlər
|