18 avqust 2006
Niyazi 94
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi hər il avqust ayında görkəmli bəstəkar və
dirijor maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Ənənəyə uyğun olaraq
2006-cı il 18 avqust tarixində muzeyin filialında Niyazinin mənzil muzeyində tədbir keçirilmişdir.
Tədbirin əvəlində Fəridə Məmmədovanın ifasında Niyazinin «Arzu» romansı səsləndirildi.
Tədbiri giriş sözü ilə AMMDM-nin direktoru, Alla Bayramova açmışdır. Sonra Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva maestro
Niyazinin yaradıcılığından bəhş etdi. Xalq artisti, professor Azər Rzayev, Bəstəkarlar
İttifaqının katibi, professor Ramiz Zöhrabov və başqaları Niyazi haqqında xatirələrini
söylədilər. Tədbirin bədii hissəsində G.G.Şaroyev adına 35 saylı musiqi məktəbinin
şagirdləri Niyazinin piano üçün əsərlərini səsləndirdilər.
Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyovanın ifasında Zülfüqar
Hacıbəyovun «Aşıq Qərib» operasından uvertüra və Fərhad Bədəlbəylinin
«Prelüd»ü (Niyaziyə ithaf) tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı
xəbərlərə
|
|