az | ru | en

19 aprel 2024


Məmmədağa Umudovla görüş


19 aprel 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirdə giriş sözü ilə çıxış etmişlər.
Muzeyin şöbə müdiri Xanım Abdinova Məmmədağa Umudovun həyat və yaradıcılıq yolu haqqında çıxış etmişdir. Tədbirdə musiqişünaslar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova, Azərbaycan Milli Konservatoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fazilə Nəbiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasinin professoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayev Məmmədağa Umudovun yaradıcılığı, pedaqoji fəaliyyəti, nəşr olunmuş əsərləri haqqında danışmışlar. Bütün çıxışlar bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirin bədii hissəsində Məmmədağa Umudovun əsərlərindən ibarət video konsert nümayiş olunmuşdur.
Bəstəkarın "Qələbəyə doğru...Marş" not kitabları (2016;2023), "Tövsiyələr. Alətşünaslıq" (2021), "Alətşünaslıq" (2022; 2023), "Tar ilə fortepiano üçün əsərlər. Klavir" not kitabı (2023) tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonda Məmmədağa Umudov çıxış etmiş, tədbir iştirakçılarına, sənət dostlarına minnətdarlığını bildirmişdir.





Tədbirlər


Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.