az | ru | en

17 sentyabr 2012
Üzeyir Musiqi Günü çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaradılmasının 45 illik yubiley tədbiri


Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı Səmra Əliyevaya verilmişdir. Onun çıxışı muzeyin fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Əməkdar elm xadimi Zemfira xanım Səfərova çıxış edərək, yubiley münasibətilə muzeyə “Azərbaycan musiqi tarixi” (I cild), “Dedim, dedilər” kitablarını hədiyyə etmişdir. Həmçinin tədbirdə respublikanın xalq artisti, xanəndə Canəli Əkbərov, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov, musiqişünas, əməkdar incəsənət xadimi Zemfira Qafarova və respublikanın xalq artisti tarzən Ramiz Quliyev çıxış etmişlər.
Yubiley münasibətilə muzeyə hədiyyələr təqdim edilmişdir.
Tariyel Məmmədov “Musiqi dünyası” jurnalının 50-ci yubiley nömrəsini, cazmen Rain Sultanov disk, Azərbaycan Dövlət Opera və Balet Teatrının balerinası, Azərbaycanın xalq artisti, “Qızıl dərviş” və “Zirvə” mükafatları laureatı, Prezident təqaüdçüsü Kamila Hüseynova Fikrət Əmirovun “1001 gecə” baletindəki səhnə geyimini - paltar, tac və balet ayaqqabısını, Məmmədəli Məmmədov təkmilləşdirdiyi kamança musiqi alətini, Fikrət Quliyev hazırladığı butar musiqi alətini, Bülbülün xatirə muzeyinin elmi işçisi Adilə Məmmədova “Bizim Bülbül-dünyanın bülbülü” kitabını və s.
Tədbirdə geniş konsert proqramı təqdim edilmişdir. Aşağıdakı əsərlər səslənmişdir:
Üzeyir Hacıbəyli “Qaragöz”
ifa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı. Konsertmeyster Əməkdar artist Munis Şərifov. Əməkdar artist Nuriyyə Hüseynova
Türk musiqisi “Sev məni”
ifa edir: ansamblı
Qara Qarayev “Mən Sizi Sevirdim”, “Gürcüstan təpələrində” romansları söz: A.S.Puşkinindır
ifa edir: Azərbaycan Dövlət Simli Kvarteti: Xalq artisti Uran Seyidov (I skripka), Soltan Məmmədova (II skripka), Vaxtanq İmanov (Alt), Əməkdar artist Aleksey Miltıx(Violonçel), Əməkdar artist Nərgiz Kərimova
Tofiq Quliyev “Bakı haqqında vals”
ifa edir: Simli kvartet və Nərgiz Kərimova
Aşıq musiqisi
ifa edir: Aşıq Altay
Vaqif Mustafazadə “Gəlmədi”
ifa edir: Bakı Musiqi Kollecinin I kurs tələbəsi Heydər Məmmədov
Klod Debüssi “Ay işığı”
ifa edir: Heydər Məmmədov
Caz kompozisiyası
ifa edir: Rain Sultanov triosu: Əməkdar artist Rain Sultanov (saksofon), Əməkdar artist Yasəf Eyvazov (ud), Ramin Sultanov(zərb)
Üzeyir Hacıbəyli “Ləzgi rəqsi”
ifa edir: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestri. Bədii rəhbər: Gülağa Zeynalov
Üzeyir Hacıbəyli “Arşın mal alan”operettasından fraqmentlər
ifa edir: Orkestr





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.