az | ru | en

7 aprel 2022
ŞÖVKƏT MƏMMƏDOVA - 125


7 aprel 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Musiqi Həvəskarları Klubunda Azərbaycanın ilk qadın opera müğənnisi, teatr xadimi, pedaqoq, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda əvəzsiz xidmətləri haqqında çıxış etmişdir. Onun çıxışı muzeyin zəngin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuş, Şövkət Məmmədovanın ifaları səslənən audio və videoyazılar nümayiş olunmuşdur. Tədbirdə Şövkət Məmmədovanın tələbələri opera müğənnisi, Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, professor Xuraman Qasımova, vokalçı, bəstəkar Qasım Xəlilov Şövkət xanım haqqında xatirələrini və ürək sözlərini tamaşaçılarla bölüşdülər.
Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri: Əməkdar artist Səbinə Vahabzadə (vokal), Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atəş Qarayev (vokal), Fatimə Cəfərzadə (vokal) və Roza Səlimovanın (f-no) ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.