az | ru | en

17 mart 2022
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT




17 mart 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Novruz bayramı münasibətilə konsert keçirilmişdir.
Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu qeyd etdiyi ən qədim və ən sevimli bayramlarından biridir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, muzeyin Qədim Musiqi Alətləri Ansamblı bayram münasibətilə hazırladığı konsert proqramını 44 günlük II Qarabağ müharibəsində xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuza, qəhrəman əsgərlərimizə, igid qazilərimizə həsr etmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Xanım Şabanova çıxış etmişdir.
Konsertdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və solistlərinin: Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, təsnif və rənglər səslənmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.