az | ru | en

29 noyabr 2021
QƏDİM MUSİQİ ALƏTLƏRİ ANSAMBLININ 25 İLLİYİ


29 noyabr 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş nitqi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sözü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllıya vermişdir. Ansamblın fəaliyyəti haqqında musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı ətraflı danışmışdır. Onun çıxışı muzeyin hazırladığı ansamblın 25 illik fəaliyyətini əks etdirən slayd-şou müşayiət olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Azərbaycan Müdafiə Nazirliyinin müşaviri, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış etmişlər.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməyin texniki müfəttişi Çingiz İbrahimov çıxış edərək, komitənin sədri Cəmilə Səttarovanın ansambla təbrikini çatdırdı və musiqiçilərə Fəxri Fərman və pul mükafatı təqdim etdi.
Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifov) ifasında konsert proqramı təqdim edilmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.