az | ru | en

28 may 2021
Respublika Günü


27 may 2021-ci il tarixində saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru , Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək 28 may Respublika Günü münasibətilə hamını təbrik etdi və Azərbaycanın Polşa Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri Nərgiz Qurbanovanın muzeyə göndərdiyi təbrikini oxudu. Muzeyin elmi işçisi Əzirə Abdullayeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət” mövzusunda çıxış etmişdir. Mövzu ilə əlaqədar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur. Muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeyster, Xalq artisti Munis Şərifov) konsert proqramı ilə çıxış etmişdir. Ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz”, “Qaragöz”, Xan Şuşinskinin “Şuşanın dağları” mahnılarını ifa etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.