az | ru | en

30 aprel 2021
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş NİZAMİ VƏ MUSİQİ beynəlxalq onlayn konfrans


30 aprel 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Nizami Gəncəvi ili çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş NİZAMİ VƏ MUSİQİ beynəlxalq onlayn konfransı keçirilmişdir.
Konfransda Azərbaycan, Avstriya, Almaniya və Türkiyədən olan 16 təşkilatdan 30-a qədər tədqiqatçı iştirak etmişdir.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfrans iştirakçılarını salamlamışdır. Sözü konfansın spikerləri - AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynova və Gəncə Dövlət Universitetinin Musiqi fənnləri kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyevaya vermişdir.
Konfransın proqramını sizə təqdim edirik.
I. Nizami yaradıcılığında musiqi
Moderator: Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
1. Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru - Nizami Gəncəvi: musiqi alətləri (praktiki və nəzəri kontekstdə)
2. Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent - AMEA Əlyazmaları İnstitutunun Xəmsə əlyazmalarının rəssamları tərəfindən Nizaminin süjetlərində musiqi mövzusunun təfsirinin bəzi xüsusiyyətləri haqqında
3. Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor -Səadət Abdullayevanın "Nizamidə musiqi, musiqidə Nizami" kitabının elmi əhəmiyyəti barədə bəzi qeydlər
4. Michael Heinemann (Almaniya), Karl Mariya fon Veber adına Drezden Musiqi Akademiyasının professoru (Hochschule für Musik Carl Maria von Weber, Dresden) - This Side of Love. On the Function of Music in the Poems of Nizami
5. Rosemarie Kuper (Almaniya) - A Look on the Special Role of Music in Nizami's Chosrou and Shirin
6. Elnur Həsənov, AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutu, tarix üzrə fəlsəfə doktoru - Musical Heritage of Renaissance Period in Poems of Nizami Ganjavi
7. Rüfət Hüseynzadə, Azərbaycan Pedagoji Universitetinin professoru;
Bilal Erdoğan (Batman, Türkiyə), Naxçıvan Dövlət Universitetinin doktorantı - Erkən orta əsrlər dövrünün ünlü ortak türk alimləri Fərabi, İbn Sina və Nizami Gəncəvinin musiqi və musiqi tərbiyəsi haqqında fikirləri
II. Musiqidə Nizami poeziyası və yaradıcılıq motivləri
Moderator: Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
8. Əsli Səmədova, müstəqil curator və musey işi üzrə mütəxəssis - The Story of Continuity: from Nizami Ganjavi to Giacomo Puccini
9. Gülarə Vəzirova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi - o .
10. Yavər Neymətli, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru - Bəstəkar Ceyhun Allahverdiyevin Nizami Gəncəvinin sözlərinə Nədəndir və Dilbər romanslarının səciyyəsi
11. Ayna Əlixanova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı - Nizami Gəncəvi poeziyası Azərbaycandakı dağ yəhudilərinin yaradıcılığında
III. Nizami Gəncəvi ədəbiyyat və incəsənətdə
Moderator: Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
12. Röya Tağıyeva, sənətşünaslıq elmləri doktoru, professor;
Umay Məmmədzadə, Rəssamlar Akademiyasının doktorantı - Nizami obrazları Şərq xalça sənətində
13. Əlimuxtar Muxtarov, AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru - Səhnə əsərlərində Nizami Gəncəvi obrazı (Nəriman Həsənzadənin Atabəylər pyesi əsasında)
14. Sevinc Mikayılova, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru; muzeyin əməkdaşı Ümidə Hacıyeva - Nizami əsərləri Azərbaycan səhnəqrafiyasında
15. (Almaniya), Herford xalq universitetinin Xarici dillər kaferasının dosenti -
16. Fritz Rainer (Avstriya), Vyana Skala teatrının bədii rəhbəri, bəstəkar, aranjimançı və səs rejissoru - Nizamis Poetry as an inspiration and an impulse for a staged and musical reading of his work The Seven Beauties
IV. Nizami Gəncəvi fenomeni orta əsr mədəniyyəti kontekstində
Moderator: Yavər Neymətli, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
17. Fazil Rüstəmov, Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru -Nizami yaradıcılığında ədalət məsələsinə dair
18. Əziziağa Nəcəfov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent, - Nizami əlyazmalarının Bakı nüsxələri adlı Azərbaycan və ingilis dillərində albom-nəşrin hazırlanması
19. Səba Namazova, Gəncə Dövlət Universiteti dosenti, filologiya üzrə fəlsəfə doktoru -Dahi Nizami irsi akademik Həmid Araslının tədqiqatlarında
20. Güllü İsmayılova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru - Nizami yaradıcılığında milli-mənəvi dəyərlər: tədqiqatın dini-sosioloji aspektləri





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.