az | ru | en

22 aprel 2021
Aşıq Şəmşirin (1893-1980) muzeydə qorunan fotoşəkilləri


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamının icrası ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında "Azərbaycan aşıq sənəti muzey materiallarında" rubrikasını davam etdirir.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (1893-1980) muzeydə qorunan fotoşəkillərini təqdim edirik.
Aşıq Şəmşir XX əsr Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biridir. Atası Ağdabanlı Qurban dərin söz-hikmət bilicisi və istedad sahibi kimi böyük nüfuza sahib olmuşdur. Ailə daxilində şeir-sənət dərsi alan gənc Şəmşir atası Qurban kişinin yaxın dostu Aşıq Ələsgərin saz-sözünün hikmətini yeniyetməlik çağlarından mükəmməl şəkildə mənimsəmişdir. Ağdabanlı Qurban ocağının pərvazlandırdığı Aşıq Şəmşir ömrünün erkən çağlarından püxtə, yetkin sənətkar kimi saz-söz aləmində ad qazanmışdır.
Aşıq Şəmşir istedadının parlamasında Səməd Vurğunun qayğı və himayəsinin rolu böyük olmuşdur.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, “Şərəf nişanı” ordenli Aşıq Şəmşir xalqın məhəbbət və tükənməz sevgisini qazanmışdır.
Aşıq Şəmşir saz-havacat elminin sirlərinə vaqif olan bir ustad olduğundan aşıq musiqisini ifa və təqdim etməkdə özünəməxsus dəst-xətt nümayiş etmişdir. Aşığın bəstələri olan “Şəmşiri”, “Qaragözü”, “Şəmşir müxəmməsi” kimi havalar melodik zənginliyə malik sənət inciləridir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.