az | ru | en

18 fevral 2021
Aydın Əzimov (18.02.1946)


Bu gün tanınmış bəstəkar, professor, Əməkdar incəsənət xadimi Aydın Əzimovun 75 yaşı tamam olur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Aydın müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edir.
Əzimov Aydın Bakı şəhərində neft mühəndisi ailəsində anadan olmuşdur. 1960-cı ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin “nəzəriyə” şöbəsinə daxil olaraq, 1964-cı ildə təhsilini bitirmişdir. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Bəstəkarlıq” fakultəsinə daxil olmuş, akademik Qara Qarayevin sinifində oxumuşdur. 1972-ci ildə təhsilini bitirmişdir. 1976-cı ildən Azərbacan Bəstəkarlar İttifaqının üzvüdür. Bir sıra simfonik əsərlərin, kamera musiqisi, müzikl və operettaların, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir. Aydın Əzimov Üzeyir Hacıbəyovun Azərbaycan Respublikası Dövlət Himnini bərpa etmiş və işləmişdir. 1968-1996 cı illərdə Azərbaycan Dövlət teleradio Komitəsində çalışmış və Radionun Musiqi verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan teleradio Komitəsi Bədii kollektivlərinin və səsyazma Evinin müdürü, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir. 1996-cı ilin sonunda Türkiyə Respublikası Mersin Universitetinin Dövlət Konservatoriyasına dəvət olunmuş və orada 2005-ci ilə qədər çalışmışdır. Konservatoriyanın “Bəstəkarlıq” fakultəsini təşkil etmişdir. 2005-ci ilin sonundan etibarən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında professor olaraq fəaliyyətini dəvam etməkdədir. Aydın Əzimov həmçinin Musiqi Akademiyasının elmi laboratoriyasının fəal əməkdaşıdır, dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparır və buna aid bir çox kitabların və məqalələrin müəllifidir. Aydın Əzimov Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimidir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.