az | ru | en

25-29 sentyabr 2011
ICLM konfransı

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Ədəbiyyat Muzeyləri Beynəlxalq Komitəsinin Konfransında (ICLM) iştirak etmişdir.
Konfrans 25-29 sentyabr 2011-ci il tarixlərində Krayavalle (Ankona, İtaliya) şəhərində keçirilmişdir. Konfransın mövzusu “Ədəbiyyat və musiqi” idi. Azərbaycandan başqa konfransda İtaliya, Almaniya, Norveç, Danimarka, Rusiya, Çin, Rumıniya, Polşa, İsveç, Macarıstan və başqa ölkələrin muzey ictimaiyyətinin elm və mədəniyyət nümayəndələri iştirak etmişdirlər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Nizami Gəncəvi və musiqi” məruzəsi ilə çıxış etmişdir. Onun çıxışı böyük şairin 870-illiyinə həsr olunmuşdur.
Məruzə muzeyin zəngin kolleksiyası əsasında tərtib edilmiş slayd-şou ilə müşayət olunmuş, həmçinin Qara Qarayevin “Yeddi gözəl” baletinin musiqisindən fraqmentlər səslənmişdir. Çıxış dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.