az | ru | en

5 oktyabr 2011
Sona Aslanovanın xatirə gecəsi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 05 oktyabr 2011-ci il tarixində Klassik Musiqisevənlər Klubunda Respublikanın Əməkdar artisti, Şərəf nişanı ordenli, görkəmli opera müğənnisi Sona Aslanovanın xatirə gecəsini keçirmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı. O, qonaqları salamladıqdan sonra sözü muzeyin şöbə müdiri, tədbirin aparıcısı F.Nəbiyeva Sona Aslanovanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.
Daha sonra vokalçılar Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Respublikanın Xalq artisti Qərinə Kərimova, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova və Nərgiz Kərimovanın ifasında Azərbaycan bəstəkarlarının romansları səsləndi. Tədbirdə müğənninin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş olundu, həmçinin Azərbaycan Dövlət televiziyasının Qızıl Fondunda qorunan Sona Aslanovanın konsertindən ifalar da təqdim edildi.
Tədbirdə S.Aslanovanın yaxın qohumları adından Lətif Aslanov öz xatirələrini danışdı. Tədbirin sonunda “Bura Vətəndir” təşkilatının sədri Səriyyə İsmayılova çıxış etdi.
Tədbirin qonaqları KMK-nun üzvləri, muzey əməkdaşları, Sona Aslanovanın yaxın qohumları, “Bura Vətəndir” təşkilatının üzvləri, KİV-nin nümayəndələri və başqaları idilər.

Sona Aslanovanın xatirə gecəsinin konsert proqramı.

Niyazi. “Arzu” romansı. İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Respublikanın Xalq Artisti Qərinə Kərimova. Müşayiət edir: Məlahət İsmayılova.
Asəf Zeynallı. “Ölkəm” romansı. İfa edir: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova. Müşayiət edir: İlahə Sadıqzadə.
Müslüm Maqomayev. “Nərgiz” operasından Nərgizin ariyası.İfa edir: Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Nərgiz Kərimova. Müşayiət edir: Leyla Ocaqverdizadə.
Cahangir Cahangirov. “Nazənin” romansı.İfa edir: Nərgiz Kərimova. Müşayiət edir: Leyla Ocaqverdizadə.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.