az | ru | en

3 avqust 2011
Niyazinin xatirəsinə həsr edilmiş dəyirmi masa ətrafında görüş.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevənlər Klubunun növbəti tədbirini keçirmişdir. Tədbir SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin xatirə gününə həsr edilmişdi. Tədbiri giriş sözü ilə muzeyin əməkdaşı, musiqişünas Fazilə Nəbiyeva açdı. Daha sonra sözü muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramovaya verdi.
Dəyirmi masa ətrafında keçirilmiş görüşdə Arif Məlikov, Sərdar Fərəcov, Gülnaz Abdullazadə, Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov, Eldar İsgəndərov, Şeyla Heydərova və Maarif Teymurov iştirak etdilər. Görüşün məqsədi Niyazinin 2012-ci ildə qeyd olunacaq 100 illik yubileyinə hazırlıq tədbirləri ilə bağlı idi. Tədbirdə A.Məlikov və digərləri Niyazi haqqında öz xatirələrini danışdılar. Daha sonra Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı təkliflər irəli sürüldü. Təkliflər planına Niyazi mükafatının təsis edilməsi, Niyazi adına festivalın keçirilməsi, bəstəkarın səhnə əsərlərinin tamaşaya qoyulması, əsərlərinin yenidən nəşri kimi məsələlər daxil idi.
Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, KIV-nin nümayəndələri iştirak etdilər.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.