az | ru | en

15 fevral 2019
QARA QARAYEVİN EV MUZEYİ MUSİQİ MƏKTƏBLƏRİ ŞAGİRDLƏRİNİN DİQQƏT MƏRKƏZİNDƏ


Musiqi məktəbləri yeni yaradılmış Qara Qarayevin ev muzeyini fəal surətdə ziyarət edirlər. Qara Qarayevin ev muzeyində artıq Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, G.Şaroyev adına Uşaq Musiqi Məktəbinin şagirdləri və başgaları olmuşlar.
Bu günlərdə Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin direktoru, bəstəkar, professor Adilə Yusifovanın rəhbərliyi ilə şagirdlər və müəllim kollektivi Qara Qarayevin Ev Muzeyində olmuşlar.
Əvvəlcə muzeyin əməkdaşı Zivər Məmmədova şagirdləri Qara Qarayevin Ev Muzeyi ilə tanış etmiş, bəstəkarın həyatı və zəngin yaradıcılığı barədə məlumat vermişdi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova şagirdlərə interaktiv dərs keçmişdi.
Şagirdlər muzeyin direktoru Alla Bayramovanın təşkil etdiyi viktorinada fəal iştirak etmişlər. Hamı Qara Qarayevin qızı, ev muzeyinin filial müdiri Züleyxa Bağırova ilə görüşdən və onunla ünsiyyətdə olmaqdan məmnun qalmışlar.
Sonra şagirdlərin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Yaxın günlərdə muzeyə Rauf Hacıyev adına 15 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin ziyarəti gözlənilir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.