az | ru | en

16 mart 2011
16 mart Vaqif Mustafazadənin anadan olduğu gündür

Mart ayının 16-sı Vaqif Mustafazadənin ev muzeyinin qapıları yenə də Vaqif sevərlərin üzünə taybatay açıldı. Qonaqların arasında tanınmış musiqiçilər, incəsənət xadimləri, Vaqif Mustafazadə adına 1 nömrəli İncəsənət məktəbinin və 16 nömrəli musiqi məktəbinin şagirdləri var idi.
Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açdı. O qonaqları bir daha salamladı. Tədbir haqda ətraflı məlumat verib, sözü Vaqif Mustafazadə adına ev muzeyinin direktoru Afaq Əliyevaya ötürdü. Afaq xanım da öz növbəsində gələnləri salamladı və təşəkkürünü bildirdi. Tədbirə televiziya işçiləri də gəlmişdilər. Onlar da öz növbəsində Alla xanımdan, Afaq xanımdan və Rahib Azəridən müsahibə alıb, tədbirin maraqlı nömrələrini çəkiliş etdilər.
Tədbir son dərəcə maraqlı keçdi, bir-birindən gözəl əsərlər ifa olundu. Vaqif Mustafazadə adına 1 nömrəli İncəsənət məktəbinin 2-ci sinif şagirdi Bəhram Abbaszadə Qara Qarayevin “Ad gününə marş”, 5-ci sinif şagirdi Almaz İmanova Vaqif Mustafazadənin “Bayatı-Şiraz”, “Mart”, 3-cü sinif şagirdi Ruqiyyə Rzayeva Niyazinin “Arzu”, 16 nömrəli musiqi məktəbinin şagirdi Heydər Məmmədov Vaqif Mustafazadənin “Mart fantaziyası”, “Bakı gecələri”, “Getmə-getmə” əsərlərini çox böyük məharətlə ifa etdilər. Qonaqlar çox məmnun oldular.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.