az | ru | en

14 may 2011
"Muzeylər gecəsi" tədbiri çərçivəsində Cabbar Qaryağdıoğlunun 150 illiyinə həsr olunmuş yubiley gecəsi

14 may 2011-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər gecəsi” tədbiri çərçivəsində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, xalq artisti Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir. Foyedə muzeyin hazırladığı Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Giriş sözü ilə tədbirin aparıcısı muzeyin şöbə müdiri Təranə Zeynalova çıxış etmişdir. Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Muxbir üzvü, sənətşünaslıq doktoru, Respublikanın əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, Cabbar Qaryağdıoğluna həsr edilmiş “Şərq musiqisinin peyğəmbəri” kitabının müəllifi Zemfira Səfərovaya verilmişdir.
Gecədə Respublikanın xalq artisti Canəli Əkbərov, şair, professor Ənvər Əhməd çıxış etmişlər. Tədbirdə muzey materialları əsasında hazırlanmış Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilmiş və onun səsi yazılmış diskdə “Heyratı” ritmik muğamı səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistləri, Respublikanın əməkdar artisti Gülüstan Əliyeva, Səbuhi İbayev, Respublikanın əməkdar artisti Feyruz Səxavət, Respublikanın xalq artisti Qəndab Quliyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova, Qəzənfər Abbasov, Məhərrəm Həsənov, Hüseyn Məlikov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistləri Rəşid Səidov, Əbili Şəmsinin və başqalarının ifasında konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları Bakı muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, mətbuat və televiziya, ictimaiyyətin nümayəndələri olmuşdur.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.