az | ru | en

18 may 2011
18 May Beynəlxalq Muzeylər Günüdür

YUNESKO Beynəlxalq Muzeylər Şurasının qərarı ilə 1978-ci ildən hər il may ayının 18-də Beynəlxalq Muzeylər Günü dünya miqyasında qeyd olunur. Bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Molla Nəsrəddinlə birlikdə gülürük” adlı tədbir keçirildi.
Muzeyin foyesində bununla əlaqədar sərgi təşkil olunmuşdur. Sərgidə muzeyin fondunda qorunan arxivlərdən, şarjlar, karikaturalar, musiqi komediyalara çəkilmiş illüstrasiyalardan istifadə edilmişdir. Belə ki, Ə.Haqverdiyevin “Azərbaycan musiqiçilərinə dostluq şarjları”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasına E.Avalovun illüstrasiyaları və Azərbaycan Karikaturaçılar İttifaqının sədri, rəssam B.Hacızadənin və başqalarının əsərləri tədbirə təşrif buyuranlar tərəfindən maraqla qarşılandı.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru sənətşünaslıq namizədi, əməkdar-mədəniyyət işçisi Alla xanım Bayramova qonaqları salamlayıb təbrik etdikdən sonra sözü muzeyin elmi-kütləvi şöbəsinin müdiri Ülviyyə xanım Şəmməmədovaya verdi. Tədbirin aparıcısı Ülviyyə xanım maraqlı məruzə ilə çıxış etdi.
Tədbirdə dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarından, S.Ələsgərov və İ.Məlikzadənin “Hərənin öz ulduzu” musiqili komediyasından, A.Məşədibəyov və M.Əlizadənin “Toy kimindir”? tamaşasından səhnələr, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorları respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarova, artistlər Novruz Qartal, Nahidə Orucova, Nadir Xasıyev, Ülviyyə Əliyeva, Səməd Xasıyev, Möylə Mirzəliyev, Rəsmiyyə Məmmədovanın ifalarında təqdim olunmuşdur. Sonra tədbirdə respublikanın əməkdar artisti Əkbər Əlizadə R.Əhmədzadənin “Satirik şeir”ini ifa etdi.
Bütün bunlarla yanaşı tədbirin sonunda müxtəlif yaş təbəqələrindən olan qonaqlarla birlikdə oyun şəklində interaktiv ekskursiya keçirildi. Şərtə görə muzey əməkdaşları tərəfindən təqdim olunan müxtəlif əşyalar muzeyin ekspozisiyasında nümayiş olunan eksponatlara müvafiq şəkildə yerləşdirilməli idi. Uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanan oyun formasında təşkil olunan interaktiv ekskursiya onların böyük marağına səbəb oldu və onlar tərəfindən böyük həvəslə yerinə yetirildi. Daha sonra uşaqlar muzey əməkdaşlarının təşəbbüsü ilə irəli sürülən Azərbaycan xalq mahnılarını karaoke mahnı şəklində ifa etdilər.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.