az | ru | en

1 iyun 2017
Musiqili fidanlar



1 iyun 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Musiqili fidanlar”adlı tədbir-konsert keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır. Sonra R.Babayev adına 25 ¹-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış etmişdir. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbir məktəbin şagirdlərinin ifalarında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.