az | ru | en

1 may 2017
Fəxri Kazım Nicatın konserti



1 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə vokalçı, R. Behbudov adına Dövlət Mahnı Teatrının solisti, Beynəlxalq Müsabiqələr laureatı Fəxri Kazım Nicatın ifasında Rəşid Behbudovun repertuarından konsert proqramı səslənmişdir. Onun ifalarını Bakı Musiqi Kollecinin tələbələri müşayiət etmişlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açmışdır.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış Rəşid Behbudovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.