az | ru | en

7 aprel 2010
Lütfiyar İmanova həsr olunmuş gecə

SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Lütfiyar İmanova həsr olunmuş tədbir 7 aprel 2010-cu il tarixdə Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyəti və “Lütfiyar İmanov” musiqili-teatr fondu ilə birlikdə keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Xuraman Qasımova, Ramiz Quliyev, bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşova, Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, filosof Əsədulla Qurbanov, Hamlet İsaxanlı və başqaları çıxış etmişlər.
Opera və Balet Teatrının solisti, Zemfira İsmayılovanın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu”operasından Nigarın ariyalarını, Bakı Musiqi Akademiyasının müəllimi, əməkdar artist Rəna Əliyevanın ifasında “Ave Mariya” (Kaççini) səsləndi. Onu E.Boqoyevskaya müşayət etdi. Lütfiyar İmanovun tələbəsi, əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Bəsti Sevdiyeva müəllimi haqqında xatirələrini danışdıqdan sonra, “Ay Laçın” xalq mahnısını ifa etdi. Tədbirdə ailəsi adından oğlanları Rauf İmanov, Vaqif İmanov tədbirin iştirakçılarına öz təşəkkürlərini bildirdilər.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.