az | ru | en

5 fevral 2014
Qara Qarayev – 97


5 fevral 2015-ci il tarixində saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir. Sonda Qara Qarayevin bəstəkarı olduğu "Matteo Falkone" qısametrajlı bədii filmi nümayiş olunmuşdur.
Tədbirin qonaqları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyin Muzey işi sektorunun əməkdaşları, musiqi ictimaiyyəti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Bakı Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbə heyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.
Konsert proqramı

1. "Sarskoye selo heykəli"
İfa edir: Bakı Musiqi Akademiyasının Ř kurs tələbəsi Aysel Əliyeva

2. "Yeddi gözəl" baletindən Aişənin rəqsi
İfa edir: Musiqi Kollecinin Ř kurs tələbəsi Ağabacı Balayeva (qanun). Müşayiət edir: Adilə İbrahimli

3. "Yeddi gözəl" baletindən Vals
İfa edir: Musiqi Kollecinin I kurs tələbəsi Gülnar Nağıyeva (kamança). Müşayiət edir: Mehriban Kərimova

4. "Eskiz"
İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova (f-no)

5. "İldırımlı yollarla" baletindən Gitaralı qızların rəqsi
İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Məhəmmədəli Paşayev (klarnet) Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli

6. "Yeddi gözəl" baletindən Adajio
İfa edir: Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Zərifə Alxasova (violin). Müşayiət edir: Fəqan Həsənli





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.