az | ru | en

13 yanvar 2010
Teymur Göyçayevlə görüş

Klassik Musiqisevənlər Klubunun 13 yanvar 2010-cu il tarixində klub üzvlərinin arzusu nəzərə alınaraq Respublikanın xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevlə görüş keçirilmişdir. Teymur Göyçayevin yaradıcılığı haqqında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova söhbət açmışdır. Dirijor Teymur Göyçayev öz yaradıcılığından, Azərbaycan musiqisinin dünyanın bir çox ölkələrində məhəbbətlə qarşılanmasından, gənc musiqiçilərlə iş prosesindən, gələcək planlarından söhbət açmış, ona ünvanlanan sualları cavablandırmışdır. Dövlət Gənclər Simfonik Orkestrinin musiqiçilərinin ifasında S. Raxmaninovun, L.Veraçininin, A. Məlikovun, Venyavskinin, Mendelsonun, Çaykovskinin, Kabalevskinin əsərlərindən nümunələr səslənmişdir.


xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.