az | ru | en

22 noyabr 2013
Fikrət Əmirov - 91


22 noyabr 2013-cü il tarixində saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir-konsert keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Muzeyin şöbə müdiri Xanım Abdinova Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında ətraflı çıxış etmişdir. Tədbirdə Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Televiziyası və Radiousunun musiqi kollektivlərinin bədii rəhbəri, səsyazma evinin direktoru Ramil Qasımov, Azərbaycan Televiziyası və Radiousunun C.Ñahangirov adına xoru, Ə.Cavanşirov adına “Bənövşə” xoru, Azərbaycan Respublikasının əməkdar artisti Gülnaz İsmayılova, Azərbaycan Televiziyasının solistləri Könül Nəbiyeva, Səbinə Ərəbova, Günay İmamverdiyeva, Zabitə Əliyevanın ifalarında geniş konsert proqramı tamaşacılara təqdim olunmuşdur.
Çıxışlar Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşaiyət olunmuşdur.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klububunun üzvləri, musiqi kollecin tələbələri,musiqi ictamaiyyəti və Bakı muzeylərinin əməkdaşları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.